22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dinozavrlar dövründə yaşamış nəhəng dəniz kərtənkələsinin növü aşkar edilib

06-03-2024

İngiltərəli elm adamları Mərakeşdə tapdıqları skelet qalıqlarının təxminən 66 milyon il əvvəl okeanda yaşamış yeni dəniz kərtənkələ növünə aid olduğunu müəyyən ediblər.

BBC-nin məlumatına görə, İngiltərədəki Bath Universitetinin tədqiqatçıları Mərakeşin Xuribqa şəhərində mədəndə tapdıqları skelet qalıqlarını araşdırıblar. Tədqiqatçılar qalıqların təxminən 8 metr uzunluğunda, "qorxunc üz və bıçaq kimi dişləri" olan mosasaur ailəsindən yeni bir növə aid olduğunu təyin edərək, bu dəniz kərtənkələsinin Atlantik okeanı Mərakeş sahillərində qida zəncirinin ən böyük yırtıcılarından biri olduğunu  kəşf ediblər.

Qalıqları tapılan dəniz kərtənkələsinin təxminən 66 milyon il əvvəl Tyrannosaurus rex (T-rex) kimi dinozavrlarla eyni dövrdə yaşamış ola biləcəyini qeyd edən tədqiqatçılar iti dişlərinə görə bu mozazavr növünü "khinjaria acuta" adlandırıblar.

Alimlər bu adı ərəbcə “xəncər” mənasını verən “xincar” və latınca “kəskin” mənasını verən “acuta” sözlərini birləşdirərək yaratmışlar.
Mozazavrların dinozavrlar dövründə Antarktidada yaşamış və nəsli kəsilmiş iri dəniz sürünənləri olduğu bildirilir.

Paylaş: