Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilmiş apellyasiyanın nəticələri açıqlanıb
İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Apellyasiya Komissiyasının iclası keçirilib.
Fhnews.az xəbər verir ki, Komitədən verilən məlumata görə, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün iyunun 27-dən iyulun 6-dək baş tutmuş müsahibənin nəticələri ilə bağlı 11 nəfər Apellyasiya Komissiyasına ərizə ilə müraciət edib.
Komissiyanın keçirdiyi iclasda iddiası təmin edilən 1 nəfərin müsahibə nəticəsi məqbul hesab olunub. 9 nəfər iddiaçının nəticələri ilə bağlı Müsahibə Komissiyasının verdiyi qərar tam obyektiv və əsaslı hesab edilərək qüvvədə saxlanılıb. Ərizə ilə müraciət etmiş 1 nəfər isə apellyasiya prosesinə qatılmayıb.
Qeyd edək ki, Apellyasiya Komissiyasının qərarından narazı qalan vətəndaşlara məhkəməyə müraciət etmək hüquqlarının olması barədə ətraflı məlumat verilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...