DİM Xankəndi şəhər 4 nömrəli tam orta məktəbə kitablar hədiyyə edib
Sentyabrın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin kitabxanasına şagird və müəllimlərin istifadəsi üçün müxtəlif nəşrlərini təqdim edib.
Fhnews.az xəbər verir ki, nəşrlər sırasına DİM-in Azərbaycan dili, riyaziyyat, ingilis dili, ədəbiyyat, biologiya, tarix, ümumi tarix, fizika, kimya və coğrafiya fənləri üzrə yeni təhsil proqramlarına (kurikulum) uyğun qiymətləndirmə tapşırıqları kitabları, həmçinin fənlər üzrə test topluları, qabiliyyət imtahanları ilə bağlı vəsaitlər, lüğətlər, eləcə də “Abituriyent” jurnalının müxtəlif nömrələri daxildir.
Dövlət İmtahan Mərkəzi işğaldan azad olunmuş bölgələrdə yerləşən, o cümlədən yeni istifadəyə verilən təhsil müəssisələrində Mərkəzin nəşrlərinin əlçatanlığını təmin etmək məqsədilə öz elmi-metodik vəsaitlərinin məktəblərə təqdim olunması layihəsini davam etdirir.
Xatırladaq ki, layihənin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub və gələcəkdə yeni istifadəyə verilən məktəblərə də lazımi elmi-metodiki vəsaitlər təqdim olunacaq.
Bu vəsaitlərdən sinif şagirdləri, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər faydalana bilərlər. Qeyd edək ki, bu vəsaitlər ümumtəhsil məktəbləri üçün qüvvədə olan fənlər üzrə tədris proqramları və dərsliklər əsasında hazırlanmış DİM-in qəbul proqramlarına tam uyğundur.
“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitlərindən istifadə etməklə məktəblilərin təlim nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilə, eləcə də həm diaqnostik, həm formativ, həm də summativ qiymətləndirmədə istifadə oluna bilər. Test toplularına isə DİM tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş test modelləri daxildir. Bununla yanaşı, tapşırıqların xeyli hissəsi heç bir imtahanda istifadə olunmayan suallardır. Test topluları şagirdlər, abituriyentlər və müəllimlər üçün dəyərli örnəkdir.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...