DİM dövlət qulluğunda inzibati rəhbər vəzifələrə qəbul olmaq üçün test imtahanı keçirir
Sentyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirir.
DİM-dən verilən məlumata görə, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan imtahan kompüterlər vasitəsilə keçirilir. İmtahan vermək üçün 132 nəfər qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahanın yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...