DİM 1500-dən çox namizəd üçün PMS imtahanının I mərhələsini keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 22-də peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahan vermək üçün 1513 (KOSS - 318, MHBS - 554, İSMUBS - 641) nəfər müraciət edib.
İmtahan bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.
İmtahan 3 saat davam edir və namizədlərə 40 test tapşırığı təqdim edilir. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytında çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. DİM imtahan iştirakçılarından xahiş edir ki, kitabça ilə mütləq tanış olsunlar.
Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- İmtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 7 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri, 133 nəzarətçi cəlb olunub.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...