Dilçilik İnstitutunda bolqarıstanlı türkoloqlarla görüş olub
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində çalışan alimlərlə görüş keçirilib.
İnstitutdan verilən məlumata görə, görüşdə Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsinin Türkologiya və altayşünaslıq kafedrasının müdiri professor İrina Sarıivanovna, Yaponşünaslıq kafedrasının müdiri filologiya elmləri doktoru Lyudmila Kirilova və Bakı Slavyan Universitetinin Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şiqayeva iştirak ediblər. İnstitutun direktoru professor Nadir Məmmədli rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti, beynəlxalq əlaqələri haqqında qonaqlara məlumat verib.
Tədbirdə Sofiya Universiteti ilə Dilçilik İnstitutu arasında əlaqələrin möhkəmləndirilməsi, kitab mübadiləsi və digər məsələlər müzakirə edilib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...