22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Devid Lemmi: Ötən il iqlim maliyyəsinin 1 faizindən az hissəsi meşələrin qorunmasına yönəlib

13-11-2024
IMG

Britaniyanın xarici işlər naziri Devid Lemmi Bakıda keçirilən COP29 çərçivəsində təbiətin, o cümlədən meşələrin qorunmasında yerli xalqların və icmaların rolunun dəstəklənməsinə həsr olunmuş tədbirdə çıxış edib.

Fhnews.az xəbər verir ki, nazir çıxışına 14 ildən sonra hakimiyyətə qayıdan Leyboristlər Partiyasının ilk xarici işlər naziri kimi COP29-da iştirak etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb.

Devid Lemmi dünyada meşələrin sürətlə azaldığını qeyd edərək bildirib ki, onların qorunması və idarə olunmasına ayrılan maliyyə dəstəyi çox məhduddur. O vurğulayıb ki, ötən il bütün iqlim maliyyəsinin cəmi 1 faizindən az hissəsi meşələrin qorunmasına yönəlib: “Bu dəstəyin böyük bir hissəsi hökumətlərə və QHT-lərə ayrılıb. 2012-2022-ci illər arasında isə təxminən 2 min torpaq və ətraf mühit müdafiəçisi öldürülüb. Araşdırmalar göstərir ki, onların böyük əksəriyyəti yerli xalqlardan olub”, - deyə nazir qeyd edib.

Paylaş: