Dehlidə qatı dumana görə 100-dən çox aviareys təxirə salınıb
Yanvarın 16-da gecə saatlarında Hindistanın paytaxtını bürüyən qatı duman Dehli aeroportunda ən azı 120 daxili və beynəlxalq aviareysə təsir göstərib.
Fhnews.az xəbər verir ki, bu barədə İndira Qandi adına Beynəlxalq Hava Limanının saytında yerləşdirilən məlumatda deyilir. Məlumata görə, əlverişsiz hava şəraiti ilə əlaqədar ümumilikdə 53 aviareys ləğv edilib, digərləri isə təxirə salınıb. Səhər saatlarında güclü duman görmə məsafəsini 50 metrədək azaldıb.
Hindistan Meteorologiya Departamentinin proqnozuna görə, paytaxt bölgəsində soyuq və dumanlı hava şəraiti həftə ərzində davam edəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...