Dehlidə boya fabrikində yanğın nəticəsində 11 nəfər həlak olub
Hindistanın paytaxtı Dehlidə boya fabrikində baş verən güclü yanğın nəticəsində azı 11 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Fhnews.az Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadla xəbər verir ki, yanğın axşam saatlarında fabrikin birinci mərtəbəsində hələlik bəlli olmayan səbəblərdən baş verib.
Yuxarı mərtəbələrdəki insanların binanı tərk etmək imkanı olmadığı üçün ölənlərin sayının artacağı istisna edilmir. Yanğınsöndürənlər alovu bir neçə saatdan sonra nəzarət altına ala biliblər.
Hindistanda bina yanğınları bir çox halda təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...