Dehidratasiya zamanı baş gicəllənməsi, baş ağrısı və halsızlıq kimi əlamətlər görünə bilər
İsti havada su içmək çox önəmlidir. Yay aylarında isti hava və insanların fiziki aktivliyinin artmasından dolayı orqanizmin suya olan ehtiyacı artır. Havanın temperaturu yüksələndə orqanizm daha çox maye itirir və susuzluq riski artır. Yay aylarında maye qəbul etmək vücudun ehtiyacına uyğun və davamlı şəkildə planlanmalıdır. Əks təqdirdə dehidratasiya-orqanizmin susuzlaşması yaranır. Bu zaman insanlarda baş gicəllənməsi, baş ağrısı və halsızlıq kimi əlamətlər görülə bilər.
Fhnews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov açıqlayıb.
N.Məhərrəmov bildirib ki, gün ərzində içilən suyun miqdarı insanın yaşına, hərəkətlilik qabiliyyətinə, tərləmə miqdarına və digər amillərə görə dəyişə bilər: “Buna görə isti havalarda nə qədər su qəbul etməyimizi bilmək üçün öncə həmin amillər nəzərə alınmalıdır. İdeal olaraq orqanizmin susuzluq hissi olmadan öncə su içilməlidir”.
Mütəxəssis-ekspert sonda qeyd edib ki, yetkin orqanizm üçün gündə 2-3 litr aralığında su içilməsi tövsiyə olunur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...