Debbi qasırğası ABŞ-da 4 nəfərin həyatına son qoyub
ABŞ-ın şərq sahillərini vuran Debbi qasırğası azı 4 nəfərin həyatına son qoyub, 160 minə yaxın insan isə işıqsız qalıb.
Fhnews.az NBC telekanalına istinadla xəbər verir ki, dünən gecə saatlarında Florida ştatında qasırğanın səbəb olduğu avtomobil qəzasında iki nəfər, o cümlədən on iki yaşlı oğlan həlak olub. Bununla da Debbi qasırğası nəticəsində ölənlərin sayı azı dördə çatıb.
Florida qubernatoru Ron Desantis ştatın 61 dairəsində fövqəladə vəziyyət elan edib. ABŞ Prezidenti Cozef Bayden, həmçinin Cənubi Karolina qubernatorunun ştatda fövqəladə vəziyyət tətbiq etmək xahişini dəstəkləyib.
ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, Debbi tropik qasırğasının sürəti saatda 120 kilometrə çatıb bildirib. Qasırğa artıq Florida sahillərinə yaxınlaşıb. Corciya və Cənubi Karolina ştatlarında da fırtına xəbərdarlığı qüvvədədir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...