Daşqınlar səbəbindən Myanmada 113 məktəb bağlanıb
Myanmanın bir sıra qəsəbələrində son günlərdə baş verən güclü daşqınlar səbəbindən ümumilikdə 113 əsas təhsil müəssisəsi müvəqqəti olaraq bağlanıb.
Fhnews.az xəbər verir ki, bu barədə Myanmanın yerli xəbər agentliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, bağlanan məktəblər üçün buraxılmış dərs günləri yenidən fəaliyyətə qayıtdıqdan sonra növbəti tətil günləriylə əvəzlənəcək.
Ölkənin Meteorologiya və Hidrologiya Departamentinin məlumatına görə, son günlər bəzi şəhərlərdə çayların səviyyəsi xəbərdarlıq həddini keçib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...