Daşqınlar Nigeriya zooparkını dağıdıb, timsahlar yaşayış məntəqələrinə axışıb
Nigeriyanın şimalında baş verən daşqınlar şir və timsahdan tutmuş camış və dəvəquşuna qədər müxtəlif vəhşi təbiət nümunələrinin olduğu böyük zooparkda heyvanların 80 faizindən çoxunu məhv edib.
Fhnews.az xəbər verir ki, “Sanda Kyarimi Park” zooparkının açıqlamasında bildirilir ki, təhlükəli sürünənlər, timsahlar və ilanlar yaşayış məntəqələrinə axışıb.
Daşqınlar güclü yağışların bəndi dağıtması və minlərlə insanın evsiz qalması ilə başlayıb. “Associated Press” xəbər verir ki, Borno əyalətinin paytaxtı Mayduquri şəhərinin təxminən 15 faizi su altında qalıb. Daşqınlar nəticəsində ölənlərin sayı barədə hələlik məlumat verilmir.
Nigeriya Prezidenti Bola Tinubunun ofisi bildirib ki, təbii fəlakət əyalətin paytaxtı Mayduquridəki digər ərazilərə də təsir edib. İnsanlardan ən təhlükəli əraziləri tərk etmək xahiş olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...