22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dara Antik şəhərində 1500 illik içməli su kanalı tapılıb

15-01-2024

Mardinin mərkəzi Artuklu rayonunda Dara Antik Şəhərində davam edən arxeoloji qazıntılar zamanı 400 metr uzunluğunda 1500 illik içməli su kanalı aşkar edilib. Şəhər mərkəzinə 30 kilometr uzaqlıqda yerləşən Oğuz rayonunda  Abdülhalik Ekmenin başçılığı ilə İstanbul Texniki Universiteti Memarlıq Fakültəsinin professor  Mətin Axunbayın elmi məsləhətçiliyi ilə başlanan qazıntılar bu il də davam edir.

Şərqi Roma İmperatorluğunun Sasanilərə qarşı sərhədini qorumaq üçün qurduğu antik şəhərdəki agorada davam edən qazıntılar zamanı mühüm tapıntılar üzə çıxıb. Mardin Muzeyinin rəhbərliyi ilə aparılan qazıntılar zamanı 10-dan çox dükan və emalatxananın üzə çıxarıldığı aqora, yəni bazarda Roma dövründə tikilmiş 1500 illik içməli su sistemi üzə çıxarılıb. 

Təxminən 400 metr uzunluğunda olan su kanalı İstanbuldakı Yerebatan Sarnıcına bənzəyən su sarnıçları ilə tonlarla suyu kanal və boru sistemi ilə şəhərə daşıyıb. 1500 il əvvəl Darada qurulan bu sistem şəhərin içməli su ehtiyacını qarşılayan bir kanal olub.

Paylaş: