Dəniz buzunun rekord dərəcədə azalmasının səbəbi iqlim dəyişikliyidir
Britaniya Antarktika Tədqiqatları İnstitutu alimlərinin fikrincə, iqlim dəyişikliyi olmasaydı 2023-cü ildə Antarktidada ölçülən aşağı dəniz buzu dəyərləri çox güman ki, qeydə alınmayacaqdı.
Britaniyalı tədqiqatçılar deyirlər ki, dəniz buzunun rekord dərəcədə azalmasının iqlim dəyişikliyindən başqa bir səbəbi yoxdur
Araşdırmada keçən ilin qışında digər illərin qış aylarına nisbətən gözləniləndən 2 milyon kvadrat kilometr az buzlaq ölçüldüyü və bu miqdarın Britaniya adasından 10 dəfə çox olduğu qeyd edilib.
Bildirilir ki, iqlim dəyişikliyi olmasaydı, hər 2 min ildən bir müşahidə olunacaq belə bir aşağı buzlaq səviyyəsi böyük ehtimalla qeydə alınmayacaqdı.
Tədqiqat həmçinin dəniz buzlaqlarının 2015-ci ilə qədər davamlı olaraq artdığını, lakin o vaxtdan bəri azalmağa başladığını və Britaniya Antarktika Tədqiqatları İnstitutunub 18 fərqli iqlim modeli ilə iqlim dəyişikliyinin buzlaqlar üzərindəki təsirlərini araşdırıb. Alimlər yoxa çıxan buzlaqların geri qayıtmasının 20 ildən çox vaxt apardığını vurğulayaraq, bu böyüklükdə buzlaq itkilərinin Antarktida ətrafındakı Cənubi Okeanda əhəmiyyətli dəyişikliklərə səbəb olacağına da diqqət çəkiblər.
Qitədəki buzlaq ölçmələrinin 1978-ci ildə peyk görüntüləmə üsulları ilə başladığını xatırladan araşdırma 2017-ci ildən sonra buzlaqların miqdarının rekord səviyyədə azaldığını qeydə alıb.
Araşdırmada keçən ilin ilk yarısında ölçülən yüksək okean səthinin temperaturunun dəniz buzlarının rekord dərəcədə əriməsinə səbəb olduğu və güclü şimal-cənub küləklərinin də əhəmiyyətli təsir göstərdiyi vurğulanıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...