Danimarkanın yeni kralı vəzifəsinə başladı
Danimarka kraliçası II Marqretin taxtdan rəsmən imtinasından sonra vəliəhd şahzadə Frederik ölkənin yeni kralı oldu. Danimarkanın 83 yaşlı kraliçası II Marqret 52 ildən sonra Danimarka Nazirlər Kabineti ilə keçirilən iclasda taxtdan imtina bəyannaməsini imzalayaraq rəsmən taxtdan imtina edib. Ölkənin yeni kralı II Marqretin oğlu vəliəhd şahzadə Frederik olub. Kral Sarayından verilən açıqlamada Kraliça Marqretin Danimarka Nazirlər Kabineti ilə görüşdə taxtdan imtina bəyannaməsini imzaladığı, taxtdan rəsmən imtina etdiyi və vəliəhd şahzadə Frederikin kral titulu aldığı bildirilib. İclasda kral ailəsinin üzvlərinin də olduğu açıqlanıb.
Dünyanın ən qədim monarxiyalarından biri olan Danimarkada tacqoyma mərasimi yoxdur. Kraliça Marqretin taxtdan əl çəkməsindən sonra Danimarkanın Baş naziri Mette Frederiksen paytaxt Kopenhagendəki Kristiansborq sarayının eyvanına çıxaraq minlərlə insanın qarşısında üç dəfə "Yaşasın Kral X Frederik" deyərək Frederiki Danimarka, Qrenlandiya və Farer adalarının kralı elan edib.
Frederik kral elan edildikdən sonra etdiyi ilk çıxışında "Ümidim sabahın birləşdirici kralı olmaqdır. Bu, həyatım boyu üzərimə götürdüyüm bir vəzifədir. Qürurla, hörmətlə və məmnuniyyətlə yerinə yetirdiyim bir vəzifədir."-deyib və Danimarka kral ailəsinin rəsmi iqamətgahı olan Amalienborq sarayına doğru hərəkət edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...