22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Danimarkada İsrail səfirliyi yaxınlığında iki partlayış baş verib

03-10-2024
IMG

Dünən gecə yarısı Danimarkanın paytaxtı Kopenhagenin Hellerup bölgəsində İsrail səfirliyi yaxınlığında iki partlayış baş verib, 3 İsveç vətəndaşı hadisə ilə əlaqəli olduqları səbəbiylə nəzarətə alınıb. Kopenhagen polisi hadisə zamanı xəsarət alan olmadığını bildirib.

Həbs edilən 3 nəfərin 15-20 yaş arasında olduğu vurğulanıb. Partlayışlar iki əl qumbarası ilə törədilib. Danimarka Kəşfiyyat Xidməti də partlayışlarla bağlı vəziyyəti yaxından izlədiklərini və İsrail səfirliyi ilə dialoq apardıqlarını açıqlayıb. Qeyd edək ki, partlayışların baş verdiyi ərazidə Türkiyə və İran səfirlikləri də var.

Paylaş: