Danimarkada 18 yaşdan yuxarı bütün vətəndaşların orqan donoru kimi qəbul olunması təklif edilir
Danimarka hökuməti ölkənin 18 yaşdan yuxarı bütün sakinlərinin avtomatik olaraq orqan donoru kimi qəbul edilməsini təklif edib. Ölümündən sonra orqanlarını bağışlamaq istəməyən vətəndaşlar imtinalarını bildirməli olacaqlar.
Fhnews.az xəbər verir ki, Baş nazir Mette Frederiksen bununla bağlı bildirib: “Ölkədə 400-dən çox danimarkalı yeni orqan almaq üçün gözləmə siyahısındadır. Təəssüf ki, ötən il orqan transplantasiyası siyahısında olan insanlar arasında 30-a yaxın ölüm hadisəsi qeydə alınıb və biz daha çox insanı donorluğa cəlb etməklə bu ölümlərin qarşısını almaq istərdik”.
Etika Şurası bu təklifə qarşı çıxıb və qeyd edib ki, insanın özü və bədəni ilə bağlı qərar vermək hüququ səhiyyə sistemi üçün mühüm prinsipdir.
2023-cü ildə 113 danimarkalı ölümündən sonra orqanlarını bağışlayıb. Bu, 2022-ci ilə nisbətən 29 nəfər çoxdur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...