Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı - Bərdə, Bakı - Tərtər, Bakı - Zaqatala, Bakı - Gəncə, Bakı - Şəki, Bakı - Şəmkir, Bakı - Mingəçevir, Bakı - İsmayıllı, Bakı - Siyəzən, Bakı - Siyəzən, Bakı - Kürdəmir, Bakı - Göyçay, Bakı - Oğuz, Bakı - Qəbələ, Bakı - Beyləqan şəhərlərarası, paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Fhnews.az xəbər verir ki, AYNA-dan verilən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 8 avqust 2024-cü il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı - Bərdə, Bakı - Tərtər, Bakı - Zaqatala, Bakı - Gəncə istiqamətlərində 4 Lot üzrə avqustun 13-də;
Bakı - Şəki, Bakı - Şəmkir, Bakı - Mingəçevir istiqamətlərində 4 Lot üzrə avqustun 16-da;
Bakı - İsmayıllı, Bakı - Siyəzən, Bakı - Kürdəmir istiqamətlərində 5 Lot üzrə avqustun 20-də;
Bakı - Göyçay, Bakı - Oğuz, Bakı - Qəbələ, Bakı - Beyləqan istiqamətlərində 5 Lot üzrə avqustun 23-də;
Paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə avqustun 27-də baxılacaq.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...