Daha 305 şəxs üçün peşə kursları təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi daha 305 şəxs üçün peşə hazırlığı kursları təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 53-ü Agentliyin peşə hazırlığı mərkəzlərində, 252-si isə özəl tədris müəssisələrində kurslara cəlb olunub.
Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.
Hazırda peşə kurslarının təşkilində 142 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir.
Kursların yekununda məzunlara sertifikatlar təqdim olunur və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək də göstərilir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...