22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Covid-19 ilə bağlı xəbərdarlıq

05-01-2024

COVID-19, mövsümi qrip və digər tənəffüs yolu xəstəliklərinə yoluxma hallarının sürətlə artması ilə əlaqədar Amerikanın dörd ştatında xəstəxanalarda maskaların taxılması məcburi edilib.

İspaniyanın məşhur tətil bölgəsi də oxşar qərarı həyata keçirməyə başlayıb. ABŞ-nın Nyu-York, Kaliforniya, İllinoys və Massaçusets ştatlarında tətbiq olunacaq qayda sağlamlıq mərkəzlərindəki bütün işçiləri və xəstələri əhatə edəcək.

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin son məlumatlarına görə, 17-23 dekabr tarixləri arasında COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayı 16 faiz artaraq 29 mindən çox olub. Eyni dövrdə qrip səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 14 min 700 olub.

Paylaş: