22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

COP29 tədbirləri zamanı AMEA əməkdaşlarının işə davamiyyəti ilə bağlı işçi qrup yaradılıb

18-10-2024
IMG

Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin yanında müşavirə keçirilib.

AMEA-dan verilən məlumata görə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən və nəzərdə tutulan tədbirlər barədə danışan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli noyabr ayında Bakıda təşkil olunacaq COP29 tədbirləri zamanı rəhbərlik etdiyi qurumun iş fəaliyyətinin müvafiq qrafikə uyğun tənzimlənməsi, həmçinin 2025-2030-cu illərdə akademiyanın inkişaf strategiyası ilə məsələlərin müzakirəsinin vacibliyini diqqətə çatdırıb.

Müşavirədə Bakıda COP29 tədbirlərinin keçirildiyi günlərdə AMEA əməkdaşlarının işə davamiyyətinin Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq tənzimlənməsi ilə bağlı məsələyə baxılıb. Bu məqsədlə AMEA-nın akademik-katibi akademik Arif Həşimovun sədrliyi ilə işçi qrupunun yaradılması qərara alınıb.

Həmçinin oktyabrın sonuncu həftəsində AMEA-da “Yaşıl dünya naminə həmrəylik və COP29-un çağırışları: Humanitar və ictimai elmlərin vəzifələri” mövzusunda elmi konfransın keçirilməsinin məqsədəuyğunluğu diqqətə çatdırılıb.

Eyni zamanda, rəyasət heyətinin növbəti iclasında 2025-2030-cu illərdə AMEA-nın İnkişaf Strategiyasının ilkin müzakirəsinin keçirilməsi tövsiyə edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli müzakirəyə çıxarılan məsələlərin həllinin yüksək səviyyədə təmin edilməsinin vacibliyini vurğulayıb, müvafiq tapşırıqlarını verib.

Paylaş: