22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

COP29 iştirakçılarının 3618 nəfəri media nümayəndəsidir

14-11-2024

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırda dünyanın diqqət mərkəzində duran əsas hadisələr sırasındadır. Beynəlxalq tədbiri öz mətbu orqanlarında işıqlandırmaq üçün dünyanın əksər ölkələrinin media qurumlarının təmsilçiləri Bakı şəhərindədir və 70 mindən çox tədbir iştirakçısının 3618 nəfəri media mənsubudur.

Fhnews.az xəbər verir ki, bu barədə məlumat COP29-un gündəlik mətbuat konfransında verilib.

Qeyd edilib ki, iştirakçıların növbəti böyük qismini isə beynəlxalq müşahidəçiləri (13 min 275 nəfər) təşkil edir. İştirakçı tərəflərin rəsmi təmsilçilərinin sayı isə 35 min nəfərə yaxındır.

Paylaş: