22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

COP29 gündəlik mətbuat konfransında əldə edilmiş uğurlardan bəhs edilib

14-11-2024

İsveç Yaşıl İqlim Fonduna 8 milyard İsveç kronu (730 milyon dollar) məbləğində vəsait ayırıb və biz onların töhfəsini səmimi-qəlbdən alqışlayırıq.

Fhnews.az xəbər verir ki, bu fikirləri COP29-un baş danışıqçısı Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəlik mətbuat konfransında bildirib.

Yalçın Rəfiyev COP29 Sədrliyinin əldə etdiyi uğurlar sırasında fəaliyyət gündəliyinin mühüm tərkib hissəsi olan iqlim maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsünün (BICFIT Dialoqu) açılış tədbirini də qeyd edib. Baş danışıqçı diqqətə çatdırıb ki, dialoqun məqsədi COP sədrlikləri, beynəlxalq maliyyə institutları və özəl sektoru bir araya gətirmək, eləcə də iqlim maliyyəsi, investisiya və ticarətdə irəliləyiş əldə edə biləcək yeni siyasətləri müəyyən etməkdir. Bildirilib ki, biznes, investisiya və xeyriyyəçilik üzrə təşkil olunmuş İqlim Platformasında bu sektorları təmsil edən 1100 lider bir araya gələrək iqlim böhranının həllinə səbəb olacaq yolları müzakirə edirlər: “80-dən artıq dövlət və hökumət başçı, dövlətlərin yüksək səviyyələri nümayəndələri iqlim fəaliyyəti üçün konsensusun əldə edilməsi və siyasi istiqamətin müəyyənləşməsi üçün bir araya gəliblər”.

Paylaş: