COP29-dan sonra hesabatın və auditor rəyinin hazırlanması nəzərdə tutulur
Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı hazırlıq tədbirləri davam edir. Hazırlıq çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə ictimaiyyətə mütəmadi məlumatlar təqdim edilir. Konfransın keçirilməsi üçün dövlət büdcəsində müvafiq ayırmalar təsdiqlənib.
Fhnews.az xəbər verir ki, ayrılmış vəsaitlər hesabına dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri olan beynəlxalq konfransın yüksək səviyyədə təşkili və zəruri infrastrukturun qurulması üzrə işlərin aparılması nəzərdə tutulur.
COP29-a ayrılmış dövlət vəsaiti üzərində maliyyə nəzarətinin həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları ilə birlikdə ölkənin ali audit orqanı tərəfindən konfransın təşkili üzrə maliyyə idarəetməsinin, ayrılmış dövlət vəsaitinin təsdiq edilmiş göstəricilərə, bağlanılmış müqavilə məbləğlərinin aidiyyəti istiqamətdə ayrılmış vəsaitə, habelə müqavilələrin icrasının müqavilə şərtlərinə uyğunluğunun, həmçinin müvafiq sənədləşmənin tamlığının qiymətləndirilməsi aparılır. Məqsəd maliyyə nəzarətinin həyata keçirilməsi zamanı pre-auditə (ilkin auditə) dair müvafiq audit pinsiplərində qeyd olunan məqamlar da nəzərə alınmaqla maliyyə pozuntuları baş verməzdən əvvəl onların qarşısının alınmasıdır.
Eyni zamanda, maliyyə nəzarətinin aparılmasında məqsəd hesabatlılıq və şəffaflıq ilə yanaşı, tədbirin təşkili üçün ayrılmış vəsaitdən səmərəli istifadə olunması və qənaət edilən məbləğlərin büdcəyə qaytarılmasıdır.
Qeyd olunmalıdır ki, tədbir başa çatdıqdan sonra icra olunmuş bütün xərclərin auditi üzrə müvafiq qaydada həm beynəlxalq təşkilat, həm də Hesablama Palatası tərəfindən hesabatın və auditor rəyinin hazırlanması nəzərdə tutulur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...