22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

COP29-da meteoroloji erkən xəbərdarlıq sistemləri diqqət mərkəzində

17-11-2024
IMG

Türkiyənin  Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsi Azərbaycanda keçirilən COP29-da “Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərdə İnteqrasiya edilmiş Meteoroloji Erkən Xəbərdarlıq Sistemi” adlı panelə ev sahibliyi edəcək.

Meteorologiya Baş İdarəsindən verilən məlumata görə, dünyanın ən mühüm iqlim konfransı olan Birləşmiş Millətlər Təşkilatının  İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP29) fəaliyyətləri çərçivəsində, Meteorologiya Baş İdarəsi noyabrın 19-da “Qida, Kənd Təsərrüfatı və Su” tematik gününü keçirəcək, “Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə inteqrasiya olunmuş meteoroloji erkən xəbərdarlıq sistemi” adlı panel təşkil edəcək.

Türkiyə pavilyonunda keçiriləcək panel ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında meteorologiya sahəsində mövcud əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

AFAD-ın vitse-prezidenti Həmzə Taşdelen, meteorologiya üzrə baş direktor Volkan Mutlu Coşqun, Azərbaycan Hidrometeorologiya Xidmətinin baş direktoru Nazım Mahmudov, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərov  Dünya Meteorologiya Təşkilatı baş katibinin müavini Ko Barretin moderatorluğu ilə keçirilən paneldə çıxışlar edəcək.

2022-ci ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş tərəfindən dünyada hər kəsin müdafiəsini təmin etmək məqsədi ilə irəli sürülən “Hamı üçün erkən xəbərdarlıq” təşəbbüsünün həyata keçirilməsi və inkişaf etdirilməsində regional və subregional əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.

Paylaş: