22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

COP29-da iqlimə həssas şəraitdə sülh və dayanıqlığı gücləndirmək üçün şəbəkə quruculuğu müzakirə olunub

15-11-2024
IMG

COP29 konfransı çərçivəsində iqlimə həssas şəraitdə sülh və dayanıqlığı gücləndirmək üçün şəbəkə quruculuğuna həsr olunmuş yüksəksəviyyəli dəyirmi masa təşkil edilib.

Fhnews.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov deyib: “Bakı çağırışı müxtəlif maraqlı tərəfləri ümumi baxış çərçivəsində birləşdirən fəaliyyət üçün əsas rol oynayır. Qeyd edim ki, maliyyələşdirmənin sadələşdirilməsindən danışarkən, münaqişənin zərər vurduğu ölkələrə iqlim dəyişikliyi ilə əlaqəli maliyyənin ayrılmasındakı maneəni təcili olaraq aradan qaldırmaq lazımdır”.

Onun sözlərinə görə, COP29, eyni zamanda, əməkdaşlıq platforması və birgə fəaliyyətə yardım vasitəsi kimi Bakı iqlim və sülh fəaliyyət planını təqdim edir.

Somalinin ətraf mühit və iqlim dəyişikliyi naziri Khadija Mohamed Al-Makhzoumi iqlim dəyişikliyinə qarşı mübarizəni maliyyələşdirmək belə genişmiqyaslı tədbirlərə ehtiyac olduğunu qeyd edib. O, islahatların aparılmasının, iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsinin və iqlim dəyişikliyinə məruz qalan həssas ölkələrin səsinin eşidilməsinin vacibliyini vurğulayıb.

Digər çıxışçılar ölkələrinin qarşılaşdığı ekoloji problemlərindən bəhs edərək, iqlim konfransının onların səsinin eşidilməsində mühüm rol oynayacağını bildiriblər.

Paylaş: