COP29-da dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin iqlim və inkişaf problemləri müzakirə olunub
COP29 çərçivəsində “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə iqlimə davamlılığın və davamlı inkişafın gücləndirilməsi: problemlər və imkanlar” mövzusunda tədbir keçirilib.
Fhnews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin coğrafi təcrid səbəbindən dayanıqlı inkişafa və iqlimə davamlılığa nail olmaqda çətinliklərlə üzləşdiyini bildiriblər. Bu, qonşu tranzit ölkələrdən asılılıq və yüksək ticarət xərclərini də ehtiva edir. Onlar vurğulayıblar ki, bu çağırışlar onların ekoloji, iqtisadi və sosial şoklara həssaslığını artıran iqlim dəyişikliyinin təsirləri ilə daha da ağırlaşır.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, COP29 bu qəbildən olan ölkələr üçün öz təcrübələrini bölüşmək və qarşılaşdıqları unikal problemləri vurğulamaq üçün mühüm platformadır. Bu konfrans konkret ölkəyə aid məsələləri qlobal iqlim müzakirələrində ön plana çıxarmaq imkanı verir.
Sonra iştirakçılar coğrafi və iqlim maneələrini aradan qaldırmaq üçün innovativ yanaşmalara liderlik etmiş ölkələrin təcrübələrini də müzakirə ediblər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...