COP29 çərçivəsində yaşıl “Kəmər və yol” təşəbbüsünə dair iclas keçirilib
COP29 çərçivəsində Çin Yabuli Sahibkarlar Forumu və “Kəmər və yol” Beynəlxalq Yaşıl İnkişaf Koalisiyasının (BRIGC) birgə təşkilatçılığı ilə “Qlobal müəssisələr yaşıl “Kəmər və yol” təşəbbüsünün qurulması üçün” konfransı keçirilib.
Fhnews.az xəbər verir ki, Çin pavilyonunda təşkil olunan tədbirdə çıxış edən Çinin ekologiya və ətraf mühit nazirinin müavini, “Kəmər və yol” Beynəlxalq Yaşıl İnkişaf Koalisiyasının məşvərət komitəsinin sədri Cao İnmin bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyət qurmaqdan ötrü 10 il əvvəl Çinin “Kəmər və yol” təşəbbüsünü irəli sürdüyünü deyib. Nazir müavini qeyd edib ki, sonrakı illərdə “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çin beynəlxalq əməkdaşlığı fəal şəkildə həyata keçirib, yaşıl transformasiya təcrübəsini bölüşməyə və mübadilə etməyə davam edib.
Nazir müavini “Kəmər və yol”un birgə qurulması təşəbbüsünün Çində yarandığını, lakin davamlı inkişaf, imkanlar və nailiyyətlərin dünyaya məxsus olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, “Kəmər və yol” təşəbbüsü irəli sürüləndən bəri üç mindən çox əməkdaşlıq layihəsi formalaşdırılıb ki, bu da trilyonlarla dollarlıq investisiya olmaqla yanaşı, qlobal müəssisələr üçün böyük inkişaf imkanları yaradıb.
Tədbirdə dövlət qurumlarının, özəl sektorun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “Kəmər və yol” ölkələrinin yaşıl və aşağı karbonlu inkişaf sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...