22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

COP29 çərçivəsində “Futbol Klubları İqlim Alyansı” yaradıldı

16-11-2024
IMG

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bakıda keçirilən 29-cu Tərəflər Konfransında (COP29) Azərbaycanın “Qarabağ” Klubu və Avropa Klublar Assosiasiyasının dəstəyi ilə yeni yaradılmış “Futbol Klubları İqlim Alyansı” yaradılıb.

Alyansa “Qarabağ”dan başqa, İngiltərənin “Liverpul” və “Tottenhem”, İspaniyanın “Atletiko Madrid” və “Real Betis”, İtaliyanın “Udineze”, Portuqaliyanın “Porto”, Braziliyanın “Flamenqo” və İsveçin “Malmö” klubları daxildir.

Alyansa Türkiyədən “Qalatasaray” və “Fənərbaxça” komandaları da qatılıb. Tanıtım tədbirinə baş məşqçi Fatih Terim də xüsusi qonaq qismində dəvət edilib. 

Tədbirdə iştirak edən rəsmilər “Futbol Klublarının İqlim Alyansı”nın yaradılması ilə bağlı bəyannamə imzalayıblar.Alyansda iştirak edən komandalar iqlim məsələsinə daha çox həssaslıq göstərəcək və bununla bağlı layihələr həyata keçirəcəklər.

Paylaş: