"Con” qasırğası Meksikada ciddi problemlər yaradıb
Meksikanın cənubuna təsir edən “Con” qasırğasının yaratdığı torpaq sürüşməsi nəticəsində azı 3 nəfər ölüb.Bazar ertəsi axşam quruya çatan qasırğa sel və torpaq sürüşməsinə səbəb olub. Qasırğanın yaratdığı güclü külək ağacların aşmasına səbəb olub.
Evlərin damları uçub, aşmış elektrik dirəklərinə ziyan dəyib. Guerrero əyalətinin qubernatoru Evelin Salqado verdiyi açıqlamada, Tlacoachistlahuaca şəhərində iki nəfərin və Malinaltepecdə bir nəfərin torpaq sürüşməsi nəticəsində öldüyünü söyləyib. Oaxaca ştatının Puerto Escondido və Huatulco hava limanlarında uçuşlar bu gün səhər saatlarından etibarən bərpa edilib. Mülki müdafiə qrupları və Milli Qvardiya Gerrero və Oaxaca ştatlarında palçıqla örtülmüş yolları təmizləməyə başlayıb.
ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, “Con” qasırğası tropik tufana çevrildikdən sonra onun intensivliyi azalaraq ölkənin daxili ərazilərinə doğru irəliləyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...