22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Clear Lake gölündə yosunların çiçəklənməsi sağlamlıq və ətraf mühit üçün təhlükəlidir

04-06-2024
IMG

ABŞ-nın Kaliforniya ştatında ən böyük şirin su gölünün görüntüləri narahatlıq yaradıb. NASA-nın yayımladığı peyk görüntülərində yaşıl görünən Clear Lake gölü yosunların çiçəklənməsi,yəni artması  ilə mübarizə aparır. 

Yosunların çiçəklənməsi təzə və ya duzlu suda yosunların sayının sürətlə artmasıdır. Mayın 15-də NASA-nın Operational Terrain Imager-2 vasitəsi ilə çəkilmiş görüntülərdə gölün bu yosunlarla örtüldüyü görünür. 

Təxminən 180 kvadrat kilometr ölçüsündə olan Clear Lakedəki partlayışın böyük ölçüdə mavi-yaşıl yosunlar olaraq da bilinən siyanobakteriyalar tərəfindən törədildiyi düşünülür. Bu təkhüceyrəli orqanizmlər fosfor və azot kimi qida maddələrinin bol olduğu mühitlərdə inkişaf edir.
Böyük bir balıq populyasiyasına ev sahibliyi edən və müxtəlif quş növlərini cəlb edən Clear Lake bəzən yosunların çiçəklənməsini yaşayır. Amma göldə mavi-yaşıl yosunların miqdarı normadan artıqdır.

NASA açıqlamasında göldə 130-dan çox mavi-yaşıl yosun növünün aşkar edildiyini və bunlardan üçünün insan sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirib.

Suda olan bəzi yosunlar mikrosistin adlı zəhərli maddələr çıxararaq həm insanlara, həm də heyvanlara zərər verə bilər. Mikrosistin dərinin qıcıqlanmasına, qaraciyərin zədələnməsinə və hətta böyrək çatışmazlığına səbəb ola bilər.

Bu zəhərli maddələr olmasa belə, yosunlar sudakı oksigeni istehlak edərək orada yaşayan canlıların boğulmasına səbəb ola bilər.

Paylaş: