22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çirkli Sena çayı qalmaqalı Paris Olimpiadasında iz buraxdı

08-08-2024
IMG

Paris meri Anne Hidalqo 2024-cü il Paris Olimpiadası çərçivəsində triatlon və üzgüçülük yarışlarına ev sahibliyi edən, lakin çirklənmə səbəbiylə bəzi məşqlərin ləğv edildiyi və yarışların təxirə salındığı Sena çayının təmiz olduğunu bildirib.

Xatırladaq ki, Belçikalı qadın idmançı Claire Mişel Sena çayında qatıldığı fərdi yarışlardan sonra E.Coli bakteriyasına yoluxaraq çayın çirklənməsi ilə bağlı müzakirələrə səbəb olub, bələdiyyə sədri isə israrla Sena çayının təmiz olduğunu deyir. O deyib ki, Sena çayında üzdüyünə görə xəstələnən və ya yarışdan uzaqlaşan idmançı yoxdur. Bunlar yalan xəbərlərdir. 

Qeyd edək ki, Belçikalı idmançı Mişel Sena çayında qatıldığı fərdi yarışlardan sonra E.Coli bakteriyasına tutulduğu üçün Belçika komandası triatlon qarışıq komanda finalından geri çəkildiyini açıqlayıb. Sena çayında üzgüçülük məşqi çirklənmə səbəbiylə 5 dəfə ləğv edilib.

İyulun 30-da keçirilməsi planlaşdırılan kişilər arasında triatlon yarışı da çirklənmə səbəbindən iyulun 31-nə təxirə salınmışdı. Fransa hökuməti 1923-cü ildən çirklənmə və gəmilərin hərəkəti nəticəsində yaranan təhlükələrə görə üzgüçülüyün qadağan edildiyi Sena çayının təmizlənməsi üçün 2015-ci ildən bu yana 1,4 milyard avro xərcləyib.

Paylaş: