22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çirklənmiş havanın təsirindən orqanizmi müdafiə edən yeni üsul

24-01-2024

Şərqi Finlandiya Universitetindən olan alimlər düzgün qidalanmanın çirklənmiş havanın təsirinə müntəzəm məruz qalan insanların ürək və damarlarının sağlamlığının qorunub saxlanmasına kömək etdiyini aşkarlayıblar.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Environmental Research” jurnalında dərc olunub.

Hava çirkləndiricilərinin təsiri hətta kiçik qatılıqda belə kardiometabolik risk amillərinin əlverişsiz dəyişiklikləri ilə bağlıdır. Yəni, ekoloji cəhətdən əlverişsiz şəhərdə həyat ürək xəstəlikləri və şəkərli diabetin yüksək riski ilə əlaqəlidir. Bu riskə təsir edən əsas çirkləndiricilər bərk zərrəciklərdir ki, (toz, his, çirk) bunlar da nəqliyyatın hərəkəti və tikinti işlərinin aparılması zamanı əmələ gəlir.

Tədqiqatçılar Finlandiyadan olan 82 nəfər üzərində müşahidə aparıblar. Bu insanlar çəkinin azaldılması üzrə proqramın iştirakçısı idilər. Alimlər könüllülərin səhhətinin vəziyyəti barədə məlumat toplayıb, yaşadıqları yerlərdə havanın çirklənmə səviyyəsini müəyyən edərək, onlardan ilkin analiz üçün qan nümunələri götürüblər.

Üstündən 33 həftə keçdikdən sonra iştirakçılar təkrar qan veriblər. Aşkarlanıb ki, hətta aşağı qatılıqda belə, hava çirkləndiricilərinin təsiri kardiometabolik sağlamlığın göstəricisinin pisləşməsi ilə bağlı olub. İnsulinə, iştaha ilə bağlı olan hormonlara və qanda lipidlərin (yağların) qatılığına rezistentlik markerinin yanaşmasında neqativ assosiasiya müşahidə olunub.

Bununla yanaşı, eksperiment müddətində düzgün qidalanma tövsiyələrinə riayət edən insanlarda kardiometabolik sağlamlıq göstəriciləri daha yaxşı olub. Qeyd olunur ki, sağlam rasiona bağlılıq hətta daha yüksək çirkləndirilmə səviyyəsinin müntəzəm təsiri zamanı qanda xolesterinin miqdarının normallaşması ilə əlaqədar olub. Ümumi xolesterinin sağlam göstəriciləri ateroskleroz kimi ürək-damar xəstəliklərinin aşağı inkişaf riskindən xəbər verir.

Paylaş: