22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çinli alimlərin fikrincə, qəhvə ölüm riskini azaldır

07-07-2024
IMG

Jiangsu əyalətinin Suzhou şəhərindəki Soochow Universitetinin tədqiqatçıları ABŞ-da 10 639 nəfərin məlumatları əsasında  araşdırma aparıblar. Buraya hər gün masada sərf olunan orta vaxta görə içilən qəhvə miqdarı haqqında məlumatlar daxildir.

Araşdırma gündə 8 saatdan çox oturmanın gündə 4 saat oturaq qalma ilə müqayisədə, xüsusilə də ürək xəstəliklərindən ölüm riskini artırdığını ortaya qoyub. Bu dövrdə daha çox qəhvə içənlərin ölüm riskinin daha az qəhvə içənlərə nisbətən 1,58 dəfə aşağı olduğu ortaya çıxıb.

Tədqiqatın müəllifi Bingyan Linin sözlərinə görə,qəhvə dünyada və ABŞ-da ən çox istehlak edilən içkilərdən biridir. Bir çox araşdırmalar göstərir ki, müntəzəm qəhvə içmək  güclü antioksidant xüsusiyyətlərinə görə xroniki xəstəliklərdə ölüm hallarını azalda bilər.

Alimlər qəhvənin oturaq həyat tərzinin səbəb olduğu riskləri nə üçün yüngülləşdirdiyini müəyyən edə bilməyiblər. Bununla belə, İsveç və Böyük Britaniyadan olan tədqiqatçılar tərəfindən edilən araşdırma nəticəsində məlum olub ki, qanda olan kofein 2-ci tip diabet və ya ürək-damar xəstəlikləri riskini azaldır. 

Hətta məlum olub ki, kofeinsiz qəhvə maddələr mübadiləsini sürətləndirir və iltihabı azaldan antioksidanlarla zəngindir.

Paylaş: