22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çinin yerli istehsal olan böyük kruiz gəmisi ilk ticari səyahətini tamamladı

08-01-2024

Çinin “Sinxua” agentliyinin xəbərinə görə, kruiz gəmisi 7 gün 6 gecə davam edən səfərdən sonra dünən Şanxay limanına qayıdıb. İlk ticarət səfərində 3 mindən çox sərnişin daşıyan gəmi 1119 dəniz mili,yəni 2 min 72 kilometr məsafə qət edərək Cənubi Koreyanın Ceju adasında və Yaponiyanın Naqasaki və Fukuoka şəhərlərindəki limanları ziyarət edib.

Gəmi ilk ticari səyahəti üçün yanvarın 1-də Şanxaydan yola düşüb.Çin Dövlət Gəmiqayırma Korporasiyası nəzdində fəaliyyət göstərən Şanxay Vaygaochiao Gəmiqayırma Şirkəti tərəfindən istehsal edilən gəminin uzunluğu 323 metr, çəkisi 135 min 500 ton, daşıma qabiliyyəti 5 min 246 sərnişindir. Sərnişinlər üçün 2125 kabinəsi olan 16 mərtəbəli gəminin 40 min kvadratmetr ümumi yaşayış və istirahət sahəsi var.

Çinin ilk dəfə bir kruiz gəmisinin inşasını tamamlaması ölkənin böyük gəmi istehsalında əldə etdiyi səviyyəni göstərməsi baxımından əhəmiyyətlidir. Kreyserlər, təyyarədaşıyıcıları və LNG (maye təbii qaz) tankerləri inşası ən çətin və bahalı olan gəmilərdir. Kruiz gəmisinin inşası ilə Çin hər üç kateqoriyada yerli gəmi istehsal edə bilən ölkələrdən birinə çevrilib.

Paylaş: