22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çinin Sincan bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib

30-01-2024

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Fhnews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Çinin qərbində və Almatıdan 276 kilometr cənub-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Paylaş: