Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb
Çinin “Şencou-18” kosmik gəmisi “Tienqon” kosmik stansiyası ilə birləşib.
Fhnews.az xəbər verir ki, Çin Kosmos Agentliyi birləşmənin Pekin vaxtı ilə saat 03:32-də (Bakı vaxtı ilə 07.32 – red.), kosmik gəmini orbitə qaldıran daşıyıcı raketin buraxılışından təxminən 6 saat yarım sonra baş tutduğunu açıqlayıb. Birləşmədən sonra “Şencou-18” missiyasının astronavtları Yı Quanfu, Li Çon və Li Quansu stansiyaya keçərək, “Şencou-17”nin 6 aydır stansiyada olan astronavtları ilə görüşüblər.
Aprelin 30-da “Şencou-17”nin astronavtları Tan Honbo, Tan Şencie və Cian Sinlin Yerə qayıdacaqlar. “Şencou-18”in astronavtları isə təxminən 6 ay kosmosda qalacaqlar. Onlar kosmik stansiyada, habelə açıq kosmosda bir neçə tapşırıq və test icra edəcəklər. Bu, Çinin orbitə göndərdiyi 13-cü pilotlu missiyasıdır.
Qeyd edək ki, “Şencou-18” missiyasına aprelin 25-də start verilib. Kosmik gəmini orbitə aparan “Böyük Yürüş-2F” daşıyıcı raketinin buraxılışı Qobi səhrasındakı Ciuçüən kosmodromunda aprelin 25-də yerli vaxtla axşam saat 20:59-da baş tutub. Startdan təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən ayrılaraq planlaşdırılan orbitə daxil olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...