Çinin Ayın görünməyən tərəfindən gətirdiyi süxur nümunəsinin çəkisi iki kiloqrama yaxındır
Çinin “Çanye-6” zondunun Ayın görünməyən tərəfindən topladığı və iyunun 25-də Yerə çatdırdığı süxur nümunələrinin çəkisi 1,935 kiloqramdır.
Fhnews.az xəbər verir ki, bu barədə Çin Milli Kosmos Administrasiyası açıqlama yayıb.
Süxur nümunələri Pekində keçirilən xüsusi mərasimdə araşdırma üçün elm qurumlarına təqdim olunub. Bu süxur nümunələri Ayın geoloji təkamül tarixinin daha dolğun öyrənilməsinə kömək edəcək.
Qeyd edək ki, Çinin Ayın görünməyən tərəfindən süxur toplayıb gətirmək üçün başladığı “Çanye-6” missiyasına mayın 3-də start verilib. Ümumilikdə 53 gün davam edən missiya çərçivəsində enib-qalxma modulu iyunun 2-də Ayın Cənub qütbünə - Eytken hövzəsinə yumşaq eniş edib. Bu, Ayın səthində, ümumilikdə Günəş sistemində krater zərbəsi nəticəsində yaranmış ən qədim, ən böyük və ən dərin hövzədir. Modul Ayın səthindən topladığı süxur nümunələri ilə birlikdə iyunun 4-də Yerin təbii peykinin səthindən qalxıb. Modul Ay orbitində 13 gün gözlədikdən sonra uyğun məqamda geri qayıtma kapsulu Yer orbitinə daxil olub və iyunun 25-də Yerə qayıdıb.
Bu, bəşəriyyət tarixində Ayın görünməyən tərəfindən Yerə ilk dəfə süxur gətirilməsidir.
Çinin “Çanye-5” kosmik aparatı 2020-ci ildə Ayın yaxın tərəfindən nümunələr gətirib. Çinli alimlər həmin nümunələrindən Ayda altıncı yeni mineral tapıblar. Nümunələrin öyrənilməsi sübut edib ki, Ayda maqmatik fəaliyyət 1,96 milyard il əvvəl mövcud olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...