22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çindəki torpaq sürüməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb

23-01-2024

Çinin cənub-qərbindəki Yunnan vilayətində dağlıq bölgədə torpaq sürüşməsi nəticəsində dağıntı və axın altında qalanlardan 11-nin meyiti tapılıb.

Fhnews.az təbii fəlakətlə əlaqədar yaradılmış qərargaha istinadla xəbər verir ki, hazırda axtarış işləri davam edir. Axtarış işlərinə mindən çox xilasedici, habelə müxtəlif qurumların əməkdaşları, 100-dən artıq ağır texnika, xüsusi təlim keçmiş 45 it cəlb olunub.

Qeyd edək ki, təbii fəlakət yanvarın 22-də yerli vaxtla səhər saat 5:51-də vilayətin Caotan şəhərinin Lianşuy kəndində baş verib. Torpaq sürüşməsi nəticəsində 18 fərdi ev axın altında qalıb. Həmin evlərdə 47 sakinin qaldığı güman olunurdu. Axtarış-xilasetmə prosesində 2 nəfər sağ tapılıb. Kəndin 500-dən çox sakini təxliyə edilib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə işlərinin sürətlə və dəqiqliklə aparılmasına dair müvafiq qurumlara göstəriş verib. Baş nazirin müavini Can Quoçin axtarış-xilasetmə və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunmuş qurumların daxil olduğu işçi qrupuna rəhbərlik edir.

Paylaş: