Çində Yaşıl Taxta Əjdaha ili başlayıb
Ay təqviminə görə Çində Yeni il fevralın 10-na keçən gecə başlayıb. Yaşıl Taxta Əjdaha bu ilin zodiak işarəsidir, Qara Su Dovşanını əvəz edir.
Fhnews.az xəbər verir ki, zodiak bürcün əlamətləri Çin tarix hesabının dövri sistemi ilə bağlıdır. Yəni, ilin rəmzi ilə bu və ya digər ilk element (od, su, taxta, dəmir və torpaq) və rəng (qırmızı, qara, yaşıl, ağ və sarı) müvafiq olur. Dövrilik hər 60 ildən bir təkrar olunur, sonuncu dəfə Yaşıl Taxta Əjdaha ili 1964-cü ildə olub.
Yeni il və ya Bahar bayramını – Çuntszeni çinlilər adətən ailə əhatəsində qarşılayırlar. Evdən uzaqda işləyənlər və ya təhsil alanlar valideynləri və qohumları ilə birgə bayramı keçirməyə gəlirlər.
Yeni il gecəsi gümrah olmaq lazımdır. Bu adət qədim əfsanə ilə bağlıdır. Rəvayətə görə, qədim zamanlarda Yeni il ərəfəsində Nyan adlı bədheybət dənizdən çıxaraq kəndlərə hücum edib, insanları yeyib. Bu səbəbdən çinlilər Yeni il ərəfəsində qapıları bağlayır və dan yeri sökülənədək yatmırdılar. Bir dəfə bədheybət həyətdə oynayan uşaqlara hücum etmək istəyib, uşaqlar bambuk çubuqları yandırırlar. Bədheybət qırmızı alovu, yanan ağacın çırtıldamasını eşidib qorxub və qaçaraq uzaqlaşıb. Evləri və küçələri qırmızı rənglə, xüsusən də qırmızı fənərlə bəzəmək, eləcə də fişəng, taraqqa partlatmaq kimi Yeni il ənənəsi oradan qaynaqlanıb.
Yeni il gecəsi çinlilər ənənəvi olaraq bir-birinə yeni geyim, özü də bir qayda olaraq qırmızı rəngdə geyim hədiyyə verirlər. Valideynlər uşaqlara qırmızı zərfdə pul hədiyyə edirlər.
Yeni il masası böyük olmalıdır. Çində də belə hesab edirlər: Yeni ili necə qarşılasan, bütün ili elə keçirəcəksən.
Əvvəllər Ay təqvimi ilə Yeni ilin ilk günlərini çinlilər evlərində keçirirdilər, mağazalar, restoranlar və əyləncə müəssisələri işləmirdi. İndi böyük şəhərlərdə vəziyyət dəyişib, praktik olaraq bütün xidmət sahələri adi günlərdəki kimi işləyir.
Ay təqviminin ikinci günü isə Pekində məbəd yarmarkaları fəaliyyət göstərir. Şəhər sakinləri əcdadlarını və ruhları hörmətlə anır, müxtəlif suvenirlər və yeməklər alır, akrobatik nömrələrə və ənənəvi rəqslərə tamaşa edirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...