22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çində yaşıl avtomobil istehsalı və satışı 30 faizdən çox artıb

10-07-2024
IMG

Çinin daxili bazarında tələbatın artması səbəbindən ilin birinci yarısında ekoloji təmiz avtomobil (elektromobil və hibrid modellər) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz çoxalaraq 4,93 milyon ədədə çatıb.

Fhnews.az xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyası açıqlama yayıb. Hesabat dövründə ölkədə 4,94 milyon ədəd yaşıl avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz çoxdur. Bu dövrdə Çində satılan avtomobillərin 35,2 faizini ekoloji təmiz avtomobillər təşkil edib.

İlin birinci yarısında xaricə 21,2 faiz çox (586 min ədəd) ekoloji təmiz avtomobil ixrac olunub.

Çin Avtomobil İstehsalçıları Assosiasiyasının proqnozlarına görə, il ərzində Çinin yaşıl enerji daşıyıcıları ilə çalışan avtomobil ixracı 77 faiz çoxalaraq 1,2 milyon ədədə çatacaq.

Qeyd edək ki, dünyanın ən böyük avtomobil bazarı olan Çin yaşıl avtomobil istehsalı, satışı və ixracına görə liderdir. Hazırda Çində 440 milyon ədəd motorlu nəqliyyat vasitəsi istifadə olunur ki, onun 345 milyonu avtomobildir. Yaşıl avtomobillərin sayı isə 25 milyona yaxındır.

Çinin 96 şəhərində 1 milyondan çox avtomobil var. Çendu, Pekin və Çonçin şəhərlərində isə avtomobil sayı 6 milyonu ötüb.

Paylaş: