22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çində turizm gəlirləri pandemiyadan əvvəlki səviyyəni keçib

19-02-2024

Çində Yeni il tətili zamanı turizm gəlirləri koronavirusdan əvvəlki səviyyələri keçib. Ölkədə səkkiz günlük Ay Yeni il tətili şənbə günü başa çatıb. Bayram dövründə turizm gəlirləri əvvəlki ilə nisbətən 47,3 % artıb. 

Çin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, daxili turizm xərcləri 2023-cü ilin eyni tətil dövrü ilə müqayisədə 47,3 faiz artaraq 632,7 milyard yuana çatıb. Bu il bayram günlərində ölkədaxili səfərlərin sayı bir il əvvəlki ilə müqayisədə 34,3 faiz artaraq 474 milyona çatıb.

Bayram dövründə ölkəyə edilən səfərlərin sayı 13,52 milyon olub.

Paylaş: