Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb
Çinin cənub-qərbindəki Yunnan vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində dağıntı və axın altında qalanlardan 31-nin meyiti tapılıb.
Fhnews.az xəbər verir ki, bu barədə təbii fəlakətlə əlaqədar yaradılmış qərargah məlumat yayıb.
Axtarış işləri qarlı və şaxtalı hava şəraitində çətinliklə davam edir. Axtarış işlərinə mindən çox xilasedici, habelə müxtəlif qurumların əməkdaşları, 150 ağır texnika, xüsusi təlim keçmiş 81 it cəlb olunub.
Qeyd edək ki, təbii fəlakət yanvarın 22-də yerli vaxtla səhər saat 5:51-də vilayətin Caotan şəhərinin Lianşuy kəndində baş verib. Torpaq sürüşməsi nəticəsində 18 fərdi ev axın altında qalıb. Həmin evlərdə 47 sakinin qaldığı güman olunurdu. Sonradan 3 nəfərin kənar yerdə olduğu aydınlaşıb. Hazırda 13 nəfər itkin düşmüş hesab olunur. Kəndin 223 evin 918 sakini təxliyə edilib. Onların əsas hissəsi müvəqqəti yerlərdə məskunlaşıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...