Çində torpaq sürüşməsi nəricəsində 11 nəfər ölüb
Çinin Hunan əyalətində şiddətli yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb.
Fhnews.az əyalətin fövqəladə hallarla mübarizə departamentinə istinadla xəbər verir ki, təbii fəlakət səhər saatlarında Yuelin kəndində baş verib. Sürüşmə 18 nəfərin yaşadığı yaşayış binasının dağılması səbəb olub. Axtarış işlərinin gedişində 11 nəfərin meyiti tapılıb, 6 nəfər yaralı vəziyyətdə aşkarlanıb.
Hazırda axtarış işləri davam edir. Sürüşmə vaxtı binada dəqiq neçə nəfərin olduğu bilinmədiyi üçün ölü sayının çoxalma ehtimalı var.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...