22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çində tapılan 1300 illik məzar alimləri heyrətə salıb

29-07-2024
IMG

Arxeoloqlar Çinin şimalındakı Şansi əyalətinin mərkəzi Taiyuan yaxınlığındakı dağda kiçik bir məzar tapıblar. Şansi Əyaləti Arxeologiya İnstitutu bu kəşfi 2018-ci ildə etsə də, onun məzmunu yaxın vaxtlara qədər açıqlanmırdı.

Çində tapılan təxminən 1300 illik məzarın içindəkilər elm adamlarını heyrətə gətirib. Tədqiqatçılar Tan sülaləsi dövrünə aid məzarın divarlarında sarışın bir insanın təsvir olunduğu divar rəsmini görəcəklərini gözləmirdilər. 

Çinin rəsmi xəbər agentliyi “Sinxua”nın verdiyi məlumata görə, türbə 618-907-ci illərdə hökm sürən Tan sülaləsi dövründə tikilib. 

Qəbir daşı yazısına görə bu yerin sahibi 736-cı ildə vəfat etmişdir. 63 yaşında öldüyü güman edilən bu adam elə həmin il dünyasını dəyişən həyat yoldaşı ilə birlikdə dəfn edilib.Döşəmədən başqa hər yeri divar rəsmləri ilə örtülmüş binadakı rəsmlərdə gündəlik işlərlə məşğul olan insanlar təsvir edilmişdir.Bəzi ekspertlər hesab edirlər ki, rəsmlər məzarda yatan insanın bacarıqlarını göstərir.

Çinli arxeoloqlar bu əsərlərin güclü konturları, sadə kölgələri və iki ölçülü dizaynları ilə eyni dövrə aid digər rəsmlərdən fərqləndiyini deyirlər.

Paylaş: