Çində sürüşmə nəticəsində 47 nəfər torpaq axını altında qalıb
Çinin cənub-qərbindəki Yunna vilayətində torpaq sürüşməsi nəticəsində ən azı 47 nəfər torpaq axını və dağıntı altında qalıb.
Fhnews.az vilayətin hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, təbii fəlakət yerli vaxtla səhər saat 5:51-də Caotan şəhərinin Lianşuy kəndində baş verib. Torpaq sürüşməsi nəticəsində 18 fərdi ev axın altında qalıb.
Hadisə yerinə 200-dən çox xilasedici, 40-dan çox texnika cəlb olunub. Kənddən 200-dən çox sakin təxliyə edilib. Hazırda axtarış-xilasetmə işləri aparılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...