Çində gəmi qəzası
Çinin Foşan şəhərindən cənubundakı Quançjou bölgəsinə doğru hərəkət edən konteyner gəmisi yerli vaxtla saat 05.30-da Pearl çayı deltasında Lixinşa körpüsünə çırpılıb. Körpüdə olan 2 maşın suya, 3 maşın isə gəmiyə düşüb.
Bölgəyə 6 dalğıc və xilasedici gəmi göndərilib. Çin dövlət mediası hadisə nəticəsində 2 nəfərin öldüyünü, 1 ekipaj üzvünün yaralandığını, 3 nəfərin itkin düşdüyünü açıqlayıb.
Quançjou Dəniz Administrasiyası qəzanın səbəblərinin araşdırıldığını bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...