22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çində leysan səbəbindən 200-dən çox qatar səfəri ləğv edilib

18-07-2024
IMG

Çinin Hınan əyalətində şiddətli yağışların yaratdığı sel, daşqın, torpaq sürüşməsi və palçıq axını səbəbindən bölgədən keçməli olan 163 sərnişin qatarının səfərləri ləğv edilib.

Fhnews.az Çinin Fövqəladə Halların İdarə Edilməsi Nazirliyinə istinadla xəbər verir ki, Hınan əyalətində şiddətli yağışların fəsadlarının aradan qaldırılmasına, sakinlərin xilasına və təxliyəsinə xeyli sayda canlı qüvvə və texnika cəlb olunub. Əyalət üzrə 548 nəfər təxliyə edilib.

Şansi əyalətində yağış torpaq sürüşməsinə və palçıq axınına səbəb olub. Baoci şəhərində avtomobil yolları və dəmir yolu xətləri su altında qalıb. Dəmir yolu körpüsünün bir hissəsinin dağılması səbəbindən daşqın nəzarəti həyata keçirən qatar relsdən çıxaraq aşıb, 2 heyət üzvü xəsarət alıb. Bu xətt də daxil olmaqla 70 qatar xəttində hərəkət dayandırılıb. Şəhərdə daha təhlükəli ərazilərdən 2459 sakin təxliyə edilib.

Qansu əyalətinin Lonnan şəhər stansiyasından iyulun 19-dək 38 sərnişin qatarı reysi ləğv edilib.

Şiddətli yağışlar Siçuan, Ciansi, Anhuy və Şandon əyalətlərində də fəsadlar yaradıb.

Paylaş: