Çində “Trami” qasırğası həyəcanı
Çində Sakit Okeandan yaxınlaşan “Trami” qasırğası səbəbindən ölkənin cənubundakı Haynan adasını tərk edən bütün balıqçı gəmilərinin limana çağırıldığı bildirilib.
Çin Meteorologiya Bürosundan verilən açıqlamaya görə, bu il Sakit Okeanda baş verən 20-ci tayfun olan “Trami” qasırğasının bu gün axşam saatlarından etibarən Cənubi Çin dənizi və Hainan adasının cənub sahillərində təsirli olacağı gözlənilir.
Balıqçı gəmiləri Haynan adasındakı limana geri çağırılarkən, gəmilərdə işləyən 50 mindən çox insan quruda təhlükəsiz ərazilərə təxliyə edilib.
Adanın ən böyük şəhəri Sanyada yaxınlaşan tayfuna görə xəbərdarlıq səviyyəsi yüksəldilsə də, Haykounun inzibati mərkəzində dayandırılmış qatarların hərəkətinin təxirə salınması müddəti uzadılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...